İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olunub

İstiqlal Muzeyində Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş foto-sərgi nümayiş olunub

14 Aprel 2015 14:24
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan İstiqlal Muzeyində Türkiyənin Azərbaycandakı səfirliyi, Yunis Əmrə İnstitutu, Türk Mədəniyyət Mərkəzi və Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə Çanaqqala zəfərinin 100 illiyinə həsr olunmuş "Savaştan Barışa" adlı foto-sərgi açılıb.

Apa-nın məlumatına görə, sərginin açılışında açılışında çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun bildirib ki, Çanaqqala döyüşü türk tarixinin dönüş nöqtələrindən biridir: "Yüz il sonra Çanaqqala döyüşünün ildönümünü qeyd edirik və öz şanlı tariximizlə qürur duyuruq. Qardaş Azərbaycanda bu sevinci paylaşmaqdan məmnunuq. Biz Azərbaycanla birlikdə sülh tərəfdarıyıq və hər zaman dünyaya sülh mesajı vermişik".

Sərgidə Çanaqqala zəfərini əks etdirən 45 fotoşəkil nümayiş olunub.

Mediainfo.az