Nizami Kino Mərkəzində yeni film: "Forsaj 7"

Nizami Kino Mərkəzində yeni film: "Forsaj 7"

13 Aprel 2015 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

"Forsaj 7 " filmi Nizami Kino Mərkəzinin ekranında türk dilində.

Aprelin 1-də Los –Ancelesin məşhur TLC kinoteatrında dünya premyerası baş tutan, baharın ən iri miqyaslı layihəsi sayılan 3D formatlı "Forsaj 7" filminin Nizami Kino Mərkəzində türk və rus dillərində nümayişi başlanıb.

Amerika rejissoru Ceyms Vanın, Kris Morqanın və Skott Tompsonun ssenarisi əsasında çəkilən bu film döyüş, triller və kriminal janrındadır. Filmin sloqanı: "İntiqam sərhəd tanımır". Yaş həddi: +18

Onlar Tokio, London və Los- Ancelesi fəth ediblər. Amma dünya artıq onların qaydaları ilə oynamır. Ərəb səhralıqlarının istisi, cox hündür göydələnlər, təkər üzərinə qoyulmuş milyon dollarlar, həddindən artıq məşhur yaramaz və sərhəd tanımayan sürət.

Filmdəki obrazları aktyorlar Vin Dizel, Pol Uoker, Ceyson Steytem, Mişel Rodriges, Dueyn Conson, Tayriz Qibson, Ludakris, Natali Emmanuel, Cordana Brüster, Gkurt Rassel canlandırıb.

Hazırladı: Könül Aypara