Bakı Sirki təmir olunacaq

Bakı Sirki təmir olunacaq

8 Aprel 2015 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və turizm naziri "bulf's Qarayev media rəhbərləri ilə görüşü zamanı deyib ki, Bakı Sirkinin yeni binasının inşası ilə bağlı artıq bir neçə layihə hazırdır: "Bu günlərdə sirkin yanından keçirdim, gördüm ki, o binanın xarici görünüşü qənaətbəxş deyil. Qeyd etməliyəm ki, sirkin daxili infrastrukturu yaxşı vəziyyətdədir. Cənab prezidentin tapşırığına əsasən 4-5 layihə hazırlanıb, tender elan olunacaq və ən yaxşısı seçiləcək. Mən inanıram ki, sirkin binası şəhərin mərkəzində daha geniş ərazidə olacaq. Hazırda bu işlə bağlı bir neçə memar çalışır".

Ə. Qarayev bildirib ki, hazırda prioritet məsələ Opera və Balet Teatrının restavrasiyası və yenidən qurulmasıdır.

Mediainfo.az