Musiqimizin səsi YUNESCO-dan gəldi - FOTO

Musiqimizin səsi YUNESCO-dan gəldi - FOTO

29 Mart 2015 17:37
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın paytaxtı Paris şəhərində Azərbaycan, Türkiyə və Qazaxıstanın YUNESKO yanındakı daimi nümayəndəliklərinin təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə qurumun mənzil iqamətgahında Novruz bayramına və YUNESKO-nun 70 illiyinə həsr olunmuş tədbir keçirilib.

Geridə qoyduğumuz bu bayramda TÜRKSOY-un təşkilatçılığı ilə Martın 21-25-də dünyanın bir sıra ölkəsində bayram turu təşkil edilib. Belə ki, Ankara, İstanbul və Parisdə qeyd olunan bu bayram şənliklərində Azərbaycanı tanınmış və sevilən gənc ustad aşığı Aşıq Əli, nağarada Xəyal Abbasov və onlarla bərabər "Cəngi" milli rəqs qrupu təmsil edib. YUNESCO-nun binasındakı möhtəşəm çıxışı Novruz bayramına daha da coşqu, maraq qatıb və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə türkdilli xalqların 100-dən çox incəsənət ustası xalq mahnıları və milli rəqslər ifa ediblər.

Mediainfo.az