“Azəryolservis”də Xocalı qurbanları anılıb - FOTO

“Azəryolservis”də Xocalı qurbanları anılıb - FOTO

26 Fevral 2015 15:39
Bəyəndim (0) Bəyənmədim (0)

Nəqliyyat Nazirliyi"Azəryolservis" ASC-də Xocalısoyqırımı qurbanlarının xatirəsi anılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbiri giriş sözü ilə açan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin sədr əvəzi Saleh Məmmədov xalqımızın ən yaxın tarixinin dəhşətli faciəsi olan Xocalısoyqırımı haqqında ətraflı məlumat verib.

Xocalı qətliamını 20-ci əsrin ən dəhşətli faciəsi kimi qiymətləndirən S. Məmmədov ermənilərin xalqımıza qarşı törətdikləri digər dəhşətli qətliamlardan danışıb. Bildirib ki, ötən 23 il bizi bu qanlı faciədən uzaqlaşdırmasına baxmayaraq, xalqımız bu acını daim hiss edir.

Xocalı soyqırımına siyasi-hüquqi qiymətin yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini qeyd edən sədr əvəzi ayrı-ayrı ölkələrdə bu faciəyə həsr edilmiş tədbirlərin əhəmiyyətini vurğulayıb.

Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində də bu istiqamətdə önəmli addımlar atılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-in YAP ilk partiya təşkilatı sədrinin müavini Əvəz Qocayev Xocalı qətliamını bəşər tarixində qanlı hadisə kimi qiymətləndirərək bildirib ki, Xocalıda yüzlərlə əliyalın insan - qoca, cavan, uşaq, qadın amansızlıqla qətlə yetirilib, şəhər yerlə-yeksan edilib. Təəssüflə bildirilib ki, o vaxt erməni separatçıları ilə döyüşdə Xocalı əhalisinə köməklik göstərilməyib, eyni zamanda bu soyqırımı barədə heç bir məlumat yayılmayıb.

Mediainfo.az