Azərbaycan bəstəkarının əsəri dünyanın ən nüfuzlu musiqi mükafatına layiq görüldü

Azərbaycan bəstəkarının əsəri dünyanın ən nüfuzlu musiqi mükafatına layiq görüldü

10 Fevral 2015 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan bəstəkarının əsəri dünyanın ən nüfuzlu musiqi mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin əsərinin də daxil olduğu məşhur Amerika skripkaçısı Hillari Hanın "Deutsche Grammofon" albomu "Grammy" mükafatına layiq görülüb. Albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.

Qeyd edək ki, musiqi dünyasının ən nüfuzlu mükafatı olan Grammy laureatlarının 57-ci təqdimetmə mərasimi ABŞ-ın Los-Anceles şəhərində Staples Center idman kompleksində keçirilib.
Məlumat üçün bildiririk ki, Azərbaycan Bəstəkarlıq məktəbi tarixində ilk dəfədir ki, bəstəkarımız belə bir məşhur mükafatın qalibi olub.

Mediainfo.az