Türkiyə "Avroviziya-2015" yarışmasına qatılmaq qərarına gəlib

Türkiyə "Avroviziya-2015" yarışmasına qatılmaq qərarına gəlib

6 Fevral 2015 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mediasının yaydığı məlumatına görə, "Avroviziya" 2013-cü ildə səsvermə və püşkatma sisteminə görə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlamışdı. Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkə yarışmada iştirak etməyə yenidən qərar verib.

TRT-nin rəsmisi Şenol Göka bildirib ki, təkcə səsvermə sistemində yox, ölkəyə qarşı davranışda da xeyli suallar olub. O əlavə edib ki, vaxtilə Avropa Yayım Birliyi rəhbərliyinin siyasətindən razı qalmayıblar: "Birliyin siyasəti bizi razı salmamışdı. Münasibət düzgün qurulmalıdır. İtaliya və Rumıniya kimi ölkələrə oxşar münasibət olub. Bolqarıstan da geri çəkilməyə qərar vermişdi. Bizim tələblərimiz yerinə yetiriləcək və iştirak edəcəyik".

Mediainfo.az