Hüseynqulu Sarabski adına Mədəniyyət Evi "Gənclər Günü"ndə tədbir keçirib
2 fevral saat 13:00-da H.Sarabski adına Mədəniyyət evi və Nəsimi Rayon Icra Hakimiyyəti "Lido" restoranında "Gənclər günü" münasibəti ilə konsert proqramı keçirib. Tədbirdə Nəsimi rayonunun fəal gəncləri və Icra aparatının işçiləri iştirak ediblər. Tədbirdə "Azəri star" müsabiqəsinin iştirakçisi Leyla Idrisova, gənc müğənnilər Elvin Abdullayev, Aqşin Abdullayev və əməkdar artist Səlim Abbasov gəncləri təbrik edərək, sevilib-seçilən mahnıları ilə qonaqları feyziyab ediblər.
P.S. Xatırladaq ki, 2 fevral 1997-ci ildən bu günə qədər hər ilin bu günü Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Azərbaycan R.espublikası gənclərinin I forumu ilk dəfə 1996-cı ilin bu günündə keçirilib. 1997-ci ildən fevralın 2-si Ümummilli Lider, ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlayıb.
Hazırladı: Könül Aypara





























































































