Arif Səlimov xeyriyyə tədbiri keçirdi

Arif Səlimov xeyriyyə tədbiri keçirdi

30 Yanvar 2015 16:10
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 27 – də "Kaktus " restoranında keçirilən "Ümid et, səbir et, sonda şükür et" adlı layihənin açılışına bəstəkar – müğənni Arif Səlimov tərəfindən biz də dəvətli idik. Biz də saytımız və qəzetimiz adından bu layihənin açılışında iştirak etdik. Layihənin rəhbəri Səbinə Rəcəbli, musiqi rəhbəri isə bəstəkar – müğənni Arif Səlimovdur.

Arif Səlimov bildirdi ki, " mənim üçün ən böyük arzularımdan biri bu gün çin oldu. Çox xoşbəxtəm ki, bu gün öz doğma qızımla anam da yanımdadır. Layihənin adından gördüyünüz kimi xeyriyyə məqsədi daşıyır. Bu gün yanımda olan bütün sənət dostlarıma çox sağ olsunlar deyirəm. Həm öz adımdan, həm də layihənin rəhbəri və təşkilatçı prodüseri Səbinə Rəcəblinin adından "Kaktus" restoranına öz təşəkkürümüzü bildiririk. Sağ olsunlar ki, bu tədbirimizi keçirməyimizə öz gözəl məkanları ilə dəstək olaraq, gələn qonaqlarımızın bu tədbirdə rahat iştirak etməyi üçün bizə şərait yaratdılar. Hətta Nəzakət adlı autizm xəstəliyindən əziyyət çəkən bir balamızın da təsadüfən bu gün ad günüdür. Mən istəyirdim ki, bu gün o xəstə uşaqlar üçün sürprizlərlə dolu bir gün olsun" .

Qeyd edim ki, Nəzakət balanın ad günü münasibətilə "Kaktus" restoranının adından böyük bir tort da kəsildi. Arif Səlimov sonda tədbirdə iştirak edən hər bir iştirakçıya öz minnətdarlığını bildirdi.

Gecədə xalq artisti Flora Kərimova və Rövşən Çıvışov Arif Səlimovun "Dözüm yox" adlı mahnısını oxudular. Bundan əlavə Tədbirdə Məsumə Nur, Karvan qrupu, İdeal qrupu, Gülyaz Məmmədova, Yaqut Qarabağlı, Rəfael Mustafayev və bir çox sənətçilər də çıxış etdilər.

İsa Rəvan