SON DƏQİQƏ!!! Səməd Vurğunun oğlu vəfat edib

SON DƏQİQƏ!!! Səməd Vurğunun oğlu vəfat edib

28 Yanvar 2015 12:16
Bəyəndim (0) Bəyənmədim (0)
Xalq şairi Vaqif Səmədoğlu İsrailə müalicəyə göndərilmişdi

Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu bu gün səhər saatlarında vəfat edib. V.Səmədoğlunun ailəsindən məlumat verilib. Qeyd edək ki, V.Səmədoğlu uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Vaqif Səməd oğlu Vəkilov 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971) olub. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc edilib. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib, "Oğuz eli" qəzetinin baş redaktoru olub (1992-1994). 2000-2005-ci illərdə Azərbaycanın Milli Məclisinin üzvü olub.Qeyd edək ki, V.Səmədoğlu uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

Mediainfo.az