Moskvada Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının təqdimat mərasimi keçiriləcək

Moskvada Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının təqdimat mərasimi keçiriləcək

27 Yanvar 2015 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya paytaxtında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadə ensiklopediyasının təqdimat mərasimi keçiriləcək.

Təqdimat mərasimi Ümumrusiya Azərbaycan Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Məmməd Əmin Rəsulzadə Məclisinin təşkilatçılığı ilə baş tutacaq. Mərasim yanvarın 30-da Ümumrusiya Azərbaycan Konqresinin mərkəzi ofisində keçiriləcək.

Qeyd edək ki, tarixçi alim Nəsiman Yaqublunun müəllifi olduğu ensiklopediya Azərbaycanın görkəmli dövlət xadimi M.Ə. Rəsulzadənin həyat və fəaliyyətinə həsr edilib. İlk dəfədir ki, M.Ə. Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş araşdırılır. Bu ensiklopediyada M.Ə. Rəsulzadənin bütün yazılarının və əsərlərinin ümumi biblioqrafiyası verilib. Bu ensiklopediyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.

Mediainfo.az