Bacılar xalqdan üzr istədi

Bacılar xalqdan üzr istədi

23 Yanvar 2015 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün müəllifi olduqları "Hər şey daxil" adlı verilişin canlı efirində Azərbaycan manatını cıran müğənni Sevinc-Sevil bacıları hərəkətlərinə görə üzr istəyib.

Vesti.az-ın xəbərinə görə, bacılar Azərbaycan xalqından üzr istədiklərini deyib: "Bütün Azərbaycan vətəndaşlarından üzr istəyirik. Dövlətimizin atributunu təhqir etməyi düşünməmişdik. Məsələ ondadır ki, bütün bunlar spontan baş verdi. Mahnı ifa edərkən rola girdik və nəticədə belə alındı. Biz heç düşünməzdik ki, bu hərəkətimiz belə qəbul olunacaq".

Bacılar deyib ki, onlar həmişə Azərbaycanın atributlarına hörmət edir və böyük qürurla dövlət bayrağının altında çıxış edirlər".

Mediainfo.az