"Arşın mal alan" Özbəkistan Milli Dram Teatrında nümayiş olunacaq

"Arşın mal alan" Özbəkistan Milli Dram Teatrında nümayiş olunacaq

23 Yanvar 2015 13:19
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 26-da Özbəkistan Milli Dram Teatrında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanmış konsert-tamaşa göstəriləcək. Azərbaycanın Özbəkistandakı səfirliyi və qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə hazırlanan konsert-tamaşanın bədii rəhbəri və dirijoru Özbəkistanın əməkdar incəsənət xadimi, professor Firuza Abdurahmanovadır.

Musiqi nömrələrini "Qolden Trophu" Ansamblı və "Soqdiana" Dövlət Xalq Çalğı Alətləri Kamera Orkestri ifa edəcək. Konsert-tamaşada operettadan ariya, duet və mahnılar, xor nömrələri ifa olunacaq.

Nazirlikdən əlavə ediblər ki, "Arşın mal alan" tamaşası Özbəkistanda populyardır. Üzeyir Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər bir neçə il əvvəl paytaxtdakı Operetta Teatrında rus dilində tamaşaya qoyulub, hazırda repertuardadır.

Mediainfo.az