Hacı İsmayılov 71 yaşına qədəm basdı

Hacı İsmayılov 71 yaşına qədəm basdı

22 Yanvar 2015 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru, əsasən yumoristik rolları ilə yaddaşlara həkk olunmuş Hacı İsmayılovun doğum günüdür.

Hacı İsmayılov 1944-cü il yanvarın 22-də Bakıda, İçərişəhərdə doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra Sumqayıt Dram Teatrında işləməyə dəvət alıb. 1968-ci il sentyabrın 2-də gənc truppaya daxil olub. 1970-ci il fevralın 16-dan Akademik Milli Dram Teatrında çalışıb. Azərbaycan incəsənətinə möhür vuranlardan biri olan Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 1989-cu il mayın 17-də əməkdar, 2000-ci il dekabrın 19-da isə xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.

Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib. Bu rolla böyük uğur qazanıb və dövlət mükafatı laureatı adına layiq görülüb (1980). Ona məşhurluq gətirən rollardan biri də rejissor Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filmində oynadığı Mustafa rolu olub.

Təbrik edirik!

Mediainfo.az