H.Sarabski adına Mədəniyyət Evinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

H.Sarabski adına Mədəniyyət Evinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

21 Yanvar 2015 14:10
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 18-də Mədəniyyət evləri Direktorlar Şurasının bir qrup üzvü 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar şəhid Namiq Əliyevin ailəsini ziyarət edib.
Ailə tərəfindən razılıqla qarşılanan bu ziyarət həm ailənin həm də qonaqların ürəyincə olub. Şəhidin bacısı Şirin xanım o günləri xatırlarkən göz yaşlarını və həyəcanını gizlədə bilməyib. Namiq Əliyev həmin dəhşətli gecədə yaralıları xəstəxanaya daşıyarkən qətlə yetirilib.

Ertəsi gün isə Hüseynqulu Sarabski adına Mədəniyyət Evinin rəhbəri Tərlan xanım və kollektivi Şəhidlər Xiyabanını ziyarət ediblər.

Hazırladı: Könül Aypara