Alim Qasımov Tehranda konsert verib

Alim Qasımov Tehranda konsert verib

12 Yanvar 2015 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın xalq artisti Alim Qasımov Tehranda konsert proqramı ilə çıxış edib. Xalq artisti qızı Fərqanə Qasımova ilə birgə səhnəyə çıxıb.

"Vəhdət" Sarayında baş tutan konsert proqramında xanəndəni Tehran Simfonik Orkestri müşayiət edib. A. Qasımov dinləyicilərin xahişi ilə bu gün Tehranda yenidən konsert proqramı ilə çıxış edəcək.

Qeyd edək ki, A. Qasımov sonuncu dəfə 2014-cü ilin mayında Tehranın Milad sarayında konsert verib.

Mediainfo.az