Qars Bələdiyyəsinin başqanı BDU-da - FOTO
Türkiyənin Qars Bələdiyyəsinin başqanı Murtaza Qaraçanta Bakı Dövlət Universitetində (BDU) olub. BDU-nin mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan-Türkiyə dostluq və qardaşlığından, Azərbaycanın bir neçə şəhəri ilə Qarsın qardaşlaşmış şəhər olmasından, Qars universitetləri ilə BDU arasındakı əlaqələrdən bəhs edib.
Öz növbəsində doğma Azərbaycanda, o cümlədən BDU-da olmaqdan məmnunluğunu bildirən Murtaza Qaraçanta universitetlərarası əlaqələrin daha da inkişaf etməsində maraqlı olduğunu və bu münasibətlərin genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Murtaza Qaraçanta "Universitetin fəxri qonağı" diplomu ilə təltif olunub.
Görüş universitetlə tanışlıqdan sonra başa çatıb.
Mediainfo.az