EMİNə səs verin!

EMİNə səs verin!

18 İyun 2011 14:00
Bəyəndim (0) Bəyənmədim (0)
Biz hər zaman birinci olmağa layiqik

Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin Ağalarov Pol Makkartni, Mobi və Piter Qabrielin sırasına qoşulub. Emin Ağalarovun mahnıları bu sənətçilər kimi Devid Linçin Xeyriyyə Fondunun saytında satışa çıxarılıb. Müğənninin rəsmi internet saytına əsasən, Emin buna layiq görülən ilk rusiyalı ifaçı olacaq. Satışdan yığılan vəsait təhsil ehtiyaclarına xərclənəcək.

Onu da nəzərinizə çatdıraq ki, Emin və onun atası, iş adamı Araz Ağalarov bu il "İlin biznesmeni" nominasiyasında "İlin adamı" mükafatına layiq görülə bilərlər. Eminə səs vermək və dəstək olmaq istəyənlər GQ jurnalının saytını ziyarət edərək səs vermək imkanına malikdir. Səsvermənin sonuna 5 ay qalıb. Hazırda "İlin adamı" ən mötəbər mükafatlardan biri sayılır. Bu mükafata Vladimir Spivakov, Ceyms Kameron, Qus Xiddink, Daşa Jukova, Aleksandr Oveçkin və s. kimi məşhurlar layiq görülüblər.

Biz azərbaycanlılar hər zaman birinci olmağa layiqik. Necə ki, bunu Eurovision yarışmasında sübuta yetirə bildik...

Könül Aypara

O.M.