Kulinarlar jurnalistləri təltif edəcəklər

Kulinarlar jurnalistləri təltif edəcəklər

16 Oktyabr 2014 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

Oktyabr ayının 20-də Mədəniyyət və Turizm nazirliyinin Milli Kulinariya Mərkəzi tərəfindən Beynəlxalq Kulinariya Günü geniş şəkildə qeyd olunacaq. Dünyada XI dəfədir keçirilən Kulinariya bayramı Azərbaycanda VIII dəfədir ki, qeyd olunur. Tədbirdə incəsənət xadimlərinin, aparıcı restoranların nümayəndələrinin, beynəlxalq çempionatların qalibləri olan kulinarların, media nümayəndələrinin iştirakı gözlənilir. Aşpazlar tərəfindən usta siniflər göstəriləcək, müxtəlif xörəklər hazırlanacaq və bundan əlavə ilk dəfə olaraq pizza şou nümayiş olunacaq. Bir il ərzində assosiasiyanın və mərkəzin fəaliyyətində aktiv iştirak edən şəxslər və media nümayəndələri təltif olunacaq.

Tədbir Azərbaycanın doqquz xanlığını təmsil edən yeni açılmış restoranda keçiriləcək.

Mediainfo.az