“Azərbaycanfilm”in “Çölçü” bədii filmi İndoneziya kinofestivalında qalib oldu

“Azərbaycanfilm”in “Çölçü” bədii filmi İndoneziya kinofestivalında qalib oldu

29 Sentyabr 2014 12:28
Bəyəndim (0) Bəyənmədim (0)

Şamil Əliyevin "Çölçü" bədii filmi İndoneziyanın Cakarta şəhərində keçirilmiş "International Movie Award - 2014" kinofestivalının "Ən yaxşı rejissor işi" üzrə "Platinum mükafatı"na layiq görülüb. AzərTAc-ın məlumatına görə, müsabiqəyə 30 ölkədən 225 film seçilib. Filmlər "Platinum" və "Gold" olmaqla, 2 bölmədə mükafatlandırılıb. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış bu film 30-dək beynəlxalq kinofestival və forumlarda iştirak edərək bir neçə mükafat və diplomlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Rollarda Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. Filmin süjet xətti şəhərdən uzaqda yaşayan gənc çölçünün qəsəbədən gəlmiş qızla tanışlığından sonra həyatında baş verənlər üzərində qurulub.

Ətraflı məlumatı beynəlxalq kinofestivalın http://internationalmovieawards.com/IMA/2014/winners2014.htm linkindən öyrənmək olar.
Mediainfo.az