Beynəlxalq Ahıllar Günü ilə əlaqədar paytaxta silsilə tədbirlər keçiriləcək

Beynəlxalq Ahıllar Günü ilə əlaqədar paytaxta silsilə tədbirlər keçiriləcək

29 Sentyabr 2014 12:07
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı şəhəri rayonlarının mərkəzləşdirilmiş kitabxana sistemlərində 1 oktyabr - Beynəlxalq Ahıllar Günü ilə əlaqədar tədbirlər keçiriləcək. AzərTAc-ın məlumatına görə, bu əlamətdar gün münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına əsasın paytaxtımızın Nəsimi, Nərimanov, Səbail, Qaradağ, Sabunçu, Binəqədi, Xətai, Nizami, Xəzər rayonlarının kitabxanalarında "Ahıllara gənclik ruhu bağışlayaq", "Çöhrəsi, nəfəsi kövrək ahıllıq", "Müdrik insanlar", "Ahılların həyat təcrübəsi", "Saç ağardı, ancaq ürək alovludur əvvəlki tək" mövzularında oxucularla söhbətlər aparılacaq, sərgilər, "dəyirmi masa"lar təşkil olunacaq, məruzələr dinləniləcək və digər müxtəlif tədbirlər keçiriləcək.

Mediainfo.az