Muzeydə bir gecə, evdən gizlicə

Muzeydə bir gecə, evdən gizlicə

26 Sentyabr 2014 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

"Dünya Turizm Günü" ilə əlaqədar Xalça Muzeyində geniş bayram tədbiri keçiriləcək. Tədbirin şüarı olduqca maraqlıdır: "Muzeydə bir gecə, evdən gizlicə".

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin Bakı nümayəndəliyi ilə birlikdə sentyabrın 27-28-də Azərbaycan Xalça Muzeyində "Muzeydə bir gecə" adlı tədbir keçirəcək.
Tədbir 27 sentyabr - Dünya Turizm Günü və Avropa Mədəni İrs Günü münasibətilə təşkil edilir və Azərbaycan Xalça Muzeyinin yeni binasında təşkil edilmiş müasir ekspozisiyaya geniş tamaşaçı kütləsinin və turistlərin marağını artırmaq məqsədilə reallaşdırılır.
Axşam saat 20.00-dan gecə saat 01.00-dək davam edəcək tədbir xüsusi musiqi proqramı, teatr tamaşası və filmin nümayişi ilə müşayiət olunacaq.
"Muzeydə bir gecə" adlı tədbirdə turizm şirkətlərinin nümayəndələri də yaxından iştirak edəcək.

Mediainfo.az