Rusiyanın “NTV+” televiziya kanalının rəhbəri dəyişdi

Rusiyanın “NTV+” televiziya kanalının rəhbəri dəyişdi

24 Sentyabr 2014 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Geniş auditoriyanın, o cümlədən Azərbaycan tamaşaçılarının maraqla izlədikləri Rusiyanın "NTV+" televiziya kanalında kadr dəyişikliyi baş verib. İnterfax-ın "Qazprom-Media" holdinqinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, "NTV Plyus" ASC-nin baş direktoru vəzifəsinə Stanislav Rodionov təyin edilib. Onun yeni vəzifədəki xələfi İlya Sitkovski isə holdinqdə və direktorlar şurasında fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, kanalın 54 yaşlı yeni rəhbəri sonuncu vəzifəyədək Nokia şirkətinin Şərqi Avropa departamentinin direktorunun müavini vəzifəsində çalışıb.

Mediainfo.az