Aqrar Universitet 85 illiyini qeyd edir

Aqrar Universitet 85 illiyini qeyd edir

22 Sentyabr 2014 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin 85 illik yubileyi münasibəti ilə beynəlxalq elmi-praktik konfrans keçirilib.

Mediainfo. az- a daxil olan məlumata görə, bu gün Kənd Təsərrüfatı Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti ilə birgə Azərbaycan Dövlət Aqrar Universitetinin yaradılmasının 85 illiyinə həsr olunan "Müasir aqrar elm: Qloballaşma şəraitində əsrin aktual problemləri və inkişaf perspektivləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirib.

Konfransda 11 xarici dövlətdən 34 nəfər olmaqla, bütövlükdə 300 nəfər iştirak edib.

Günortadan sonra konfrans öz işini AQRAR Universitetin inzibati binasında davam etdirəcək. Qonaqlar Universitetin tədris korpusları ilə , Məhsəti Gəncəvi Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi, Cavad xan küçəsi ilə də tanış olacaqlar.

Sabah konfrans iştirakçıları Nizami Gəncəvi Məqbərəsini ziyarət edəcək, Nizami Gəncəvi Muzeyində, Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya muzeyində olacaqlar.