Dövlət Akademik Milli Dram Teatrı yeni sezonu premyera ilə açdı

Dövlət Akademik Milli Dram Teatrı yeni sezonu premyera ilə açdı

20 Sentyabr 2014 11:40
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq Şairi Vaqif Səmədoğlunun 75 illik yubileyi münasibətilə, ədibin eyniadlı əsəri əsasında hazırlanmış "Generalın son əmri" tamaşasının premyerası olub. AzərTAc-ın məlumatına görə, 142-ci teatr mövsümünün ilk premyerası olan tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı, Dövlət mükafatı laureatı, Xalq Rəssamı Nazim Bəykişiyev, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Xalq Artisti Cəfər Namiq Kamal, əməkdar artistlər Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov aktyorlar Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.

Mediainfo.az