Cavad Heyətlə vida mərasimi keçirilir

Cavad Heyətlə vida mərasimi keçirilir

15 Avqust 2014 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Hazırda Məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətlə vida mərasimi keçirilir.

Mediainfo.az-ın məlumatına görə, AMEA-nın əsas binasında baş tutan mərasimdən sonra professor Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Cavad Heyət avqustun 12-də səhər saatlarında dünyasını dəyişib.

Cavad Heyət ötən ayın əvvəlindən Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, qansızlıq və pnevmaniya diaqnozu ilə müalicə olunsa da, həkimlər vəziyyətini yaxşılaşdıra bilməyiblər.