Arif Quliyev: "Öldüyümü yazan jurnalisti tanıyıram"

Arif Quliyev: "Öldüyümü yazan jurnalisti tanıyıram"

23 May 2014 12:46
Bəyəndim (0) Bəyənmədim (0)
"Ölüm xəbərimi gözəl qarşıladım"

Xalq artisti Arif Quliyevin ətrafında gəzən söz-söhbətlər səngimir. ANS PRESS-in məlumatına görə, məşhur sənətçi ötən günlərdə onun barədə gəzən şayiələrə açıqlama verib. Yerli telekanallardan birində yayımlanan verilişə müsahibə verən aktyor şayiəni ondan intiqam almaq məqsədilə qəsdən yaydıqlarını deyib. Kiminsə ondan qisas almaq və ya nə isə demək istədiyini vurğulayıb. Aktyor həmin şəxsin kimliyindən asılı olmayaraq, etdiyi işin məsuliyyətini başa düşmədiyini vurğulayıb: "Bunları cəmiyyət arasında yayan fikirləşmir ki, mənim qohumlarım, övladlarım, həyat yoldaşım var, onlar necə stress keçiriblər? Ölüm xəbərimi gözəl qarşıladım. Çünki insan ölümdən qorxmamalıdır, hər dəqiqə buna hazır olmalıdır. Nəyə hazırsansa, o səndən çəkinir. Allah bizi yaratdığı kimi sonumuzu da özü yazıb. "Arif Quliyev ölüb" xəbərinin təməlində nəyin dayandığını bilirəm".

Aktyor bundan əlavə olaraq kimdən şübhələndiyini də açıqlayıb. Belə ki, üç ay əvvəl bir jurnalist onu toya çağırıb, həmin gün Arif bəyin başqa bir toyu olduğundan gedə bilməyib. Elə hər şey də bundan sonra başlayıb: "Aramızda mübahisə oldu, "həmin gün səni öldürərəm, görərsən" dedi. Düşünürəm ki, xəbəri həmin jurnalist yazıb və məndən intiqam alıb. Amma o bu xəbərlə məni daha da xoşbəxt etdi. Mənə qarşı olan sevgini bir daha gördüm. Mən sağam, ölmək fikrim də yoxdur".

Mediainfo.az