Xanım Qafarovanın vəziyyəti pisləşib

Xanım Qafarovanın vəziyyəti pisləşib

22 May 2014 11:41
Bəyəndim (0) Bəyənmədim (0)

Səhhətimlə əlaqədar təcili Türkiyəyə getməliyəm. Amma elə vəziyyətdəyəm ki, təyyarəyə minə bilmirəm".
Musiqili Teatrın aktrisası Xanım Qafarova bildirib ki, qan azlığı onun hərəkətsizliyinə səbəb olub: "Qanım çox aşağıdır. Necə gündür ki, həkimlər mənə dayanmadan qan köçürür. Amma kimyaterapiya prosesindəki şüalar qanımı yeyir. Bu üzdən də vurulan qanın mənə bir xeyri yoxdur. Özümdə hərəkət edə bilmirəm. Qoluma girməsələr bir addım belə ata bilmərəm".
Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəlikdən əziyyət çəkir. Heydər Əliyev Fondunun maliyyə yardımı ilə 3 dəfə əməliyyat olunub və Türkiyədə bir-birinin ardınca müalicə kursu keçib.

Mediainfo.az