BDU-da konfrans keçirilib

BDU-da konfrans keçirilib

16 May 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gənc alimlərin və Tədqiqatçıların "Müasir Biologiyanın İnnovasiya Problemləri" mövzusunda 4-cü Beynəlxalq Elmi konfrans keçirilib.

"Mediainfo.az" xəbər verir ki, konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətlərindən bəhs edib. Deyib ki, hər dəfə dediyim bir fikri bu dəfə də təkrar etmək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bi siyasi kurs ölkədə uğurla davam etdirlir. Biz eyni zamanda fəxr edirik ki, ulu öndər Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub.

Sonra millət vəkili, professor Kamilə Əliyeva "Ulu öndər Heydər Əliyevin təhsilin inkişafındakı rolu", Biologiya fakültəsinin dekanı, professor Akif Quliyev "Müasir biologiyanın son nailiyyətləri" mövsuzunda məruzələrlə çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib. "Bitki fiziologiyası, Biokimya, Biofizika, Molekulyar Biologiya", "Zoologiya", "İnsan və Heyvan Zoologiyası və Genetika", "Botanika və Mikrobiologiya" bölmələrində ümumilikdə 134 məruzə dinlənilib.