"Qorxma, mən səninləyəm-2" filmində Bəhram Bağırzadə rol alıb

"Qorxma, mən səninləyəm-2" filmində Bəhram Bağırzadə rol alıb

4 İyun 2011 20:42
Bəyəndim (0) Bəyənmədim (0)

"KVN"-nin ən yaddaqalan siması Bəhram Bağırzadə Yuli Qusmanın təklifinə rədd cavabı verə bilməyib. Elə bu üzdən də "Qorxma, mən səninləyəm-2" adlı filmə çəkilməyə razılıq verib. Hələlik hansı rolu ifa edəcəyi barədə guya özü də məlumatsızdır. Görünür, Bəhram tamaşaçılarına sürpriz hazırlayıb. Onu da xatırladaq ki, 1982-ci ildə "Qorxma, mən səninləyəm" filmində Durov, Polad Bülbüloğlu, Muxtarbek Qantemirov kimi nəhənglər rol alıblar. Elə ikinci hissədə də Qusman məhz onlara müraciət edib və etiraz eşitməyib. İkinci filmdə birinci seriyada təsvir olunan hadisələrdən 20 il sonra cərəyan edən hadisələr lentə alınacaq.

Təki "Qorxma, mən səninləyəm" filminin çəkilişindən sonra Bəhrama "qorxdum ki, sən mənimləsən" deyən olmasın...

Könül Aypara

O.M.