
Bu gün Eldar Qasımovun ad günüdür
"Hədiyyəmi artıq xalqımdan almışam"
Bu gün 22 yaşını qeyd edən Eldar Qasımov ad günündə artıq xalqından hədiyyə aldığını vurğulayıb. O, 1989-cu il iyunun 4-də Bakıda anadan olub. 2001-2005-ci illərdə 2 nömrəli musiqi məktəbində fortepiano üzrə təhsil alıb. 2008-ci ildə Almaniyada vokalı, aktyor ustalığını və səhnə nitqini öyrənib. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil alıb. 2010-cu ildə həmin təhsil ocağının beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunub. Hazırda magistr pilləsi üzrə təhsilini davam etdirir.
İnsan adətən ad günündə hədiyyə alır. O isə hamıya hədiyyə verdi, həm də ən dəyərlisini...
Könül Aypara
O.M.
Digər xəbərlər