Həştərxanda Heydər Əliyevin 91-ci ildönümü qeyd olundu

Həştərxanda Heydər Əliyevin 91-ci ildönümü qeyd olundu

12 May 2014 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 12-də mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyevin bu şəhərdə ucaldılan abidəsini ziyarət edib.

"Mediainfo.az" AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin abidə önünə əklil qoyaraq H. Əliyevin xatirəsini anıblar.

Sonra nümayəndə heyəti və Həştərxan qubernatorluğunun rəhbərliyi və ictimaiyyət nümayəndələri Heydər Əliyev Fondu tərəfindən yaradılan "Arzu" uşaq şəhərciyindəki kafedə uşaqlarla görüşüblər. Uşaqlar qonaqları şeirlərlə qarşılayıblar. Sonra uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edilib.

Daha sonra nümayəndə heyəti knyaz Vladimirin Heydər Əliyev Fondunun dəstəyi ilə ucaldılan abidəsi önünə gül dəstələri qoyublar.