Milli Qəhrəman Albert Aqarunov “Vətən övladı” ordeninə layiq görülüb

Milli Qəhrəman Albert Aqarunov “Vətən övladı” ordeninə layiq görülüb

8 May 2014 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Şuşa şəhəri uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə şəhid Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov Dədə Qorqud Milli Fondu, Azərbaycan Dünyası Ağsaqqallar Şurasının qərarı ilə Respublika Veteranlar Şurası və Dünya Azərbaycanlıları şurası adından "Vətən övladı" ordeni ilə təltif olunub.

Təltifetmə bu gün Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 22-ci il dönümü ilə əlaqədar keçirilən tədbirdə baş tutub.

Orden milli qəhrəmanın qardaşı Rantik Aqarunova təqdim edilib.

Mediainfo.az