"Eurovision 2014" mahnı müsabiqəsində səkkizinci nömrə altında çıxış edən Azərbaycan təmsilçisi Dilarə Kazımova müsabiqənin finalına çıxıb.
Yarışmanın birinci yarımfinal mərhələsində uğurla çıxış edən Dilarə Kazımova isveçli Stefan Örnün bəstələdiyi "Start a fire" mahnısını ifa edib.
Danimarkanın Kopenhagen şəhərində keçirilən birinci yarımfinal mərhələsində ard-arda Ermənistan, Latviya, Estoniya, İsveç, İslandiya Albaniya, Rusiya, Azərbaycan, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Hollandiya, Monteneqro, Macarıstan təmsilçiləri səhnəyə çıxıblar. Çıxışlar başa çatdıqdan sonra 15 dəqiqəlik səsvermə keçirilib. Qeyd edək ki, "Eurovision 2014"ün finalı mayın 10-da keçiriləcək.