Heydər Əliyevin 91 illiyi BDU-da qeyd olundu
Bu gün Bakı Dövlət Universitetində Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr olunmuş tədbir keçirilib.
BDU Mətbuat мə İnformasiya Şöbəsindən mətbuata daxil olan məlumata görə, tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb və H.Əliyevin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyevin 91 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verirlər. BDU da bu yubiley tədbirlərinə qoşularaq müxtəlif işlərlə hesabat verir. Hər dəfə dediyim bir fikri bu dəfə də təkrar etmək istəyirəm ki, xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxt olur ki, bi siyasi kurs ölkədə uğurla davam etdirlir. Biz eyni zamanda fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub.
Sonra Azərbaycan Respublikası Przidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinini müdiri, professor Əli Həsənov "Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri" mövzusunda məruzə edib.
BDU-nun Gənc Alimlər Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elan etdiyi müsabiqə qalibləri mükafatlandırıldıqdan sonra Əli Həsənovun iştirakı ilə müəllifi olduğu "Geosiyasət" kitabı universitetə və BDU-nun Beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə hədiyyə edilib.
Mediainfo.az