Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir

Heydər Əliyevin 91 illiyinə həsr olunmuş tədbir

1 May 2014 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Səbail rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə geniş məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, hazırda möhtəşəm tarixi hadisənin - Azərbaycanın böyük oğlu Heydər Əliyevin 91 illiyinin astanasındayıq. Qeyri-adi şəxsiyyəti, siyasət və dövlət xadiminə xas olan böyük istedadı ilə fərqlənən Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş, həyatını Azərbaycana, bütün mənalı ömrünü yalnız insanlığa xidmət etməyə həsr edib. Onun dövlətçiliyimizin ən ağır günlərində göstərdiyi prinsipiallıq və iradə sonsuz Vətən sevgisinin parlaq nümunəsidir.

Sonra Azərbaycan Televiziya və Radiosunun Niyazi adına simfonik orkeçtri Qara Qarayevin əsərlərini ifa etmiş, orkestrin müşayəti ilə əməkdar artist Aygün Bəylər, əməkdar artistlər Nərgiz İsmayılova və Anar Şuşalı, İtaliyadan gəlmiş musiqi qrupu, İlahə Əfəndiyeva, tarzən Səbuhi Səfərov, Ramil Qasımov xalq artistləri Murad Hüseynov, Azər Zeynalov, Alim Qasımov və Brilyant Dadaşovanın ifaları mərasimi daha rəngarəng edib.

Mediainfo.az