Rejissor Anar Məmmədəliyev narazılıq etdi

Rejissor Anar Məmmədəliyev narazılıq etdi

23 Aprel 2014 12:33
Bəyəndim (1) Bəyənmədim (0)
"Film tariximizi pula satmayaq"

Gənc rejissor Anar Məmmədəliyev bəzi qaranlıq məqamlarla bağlı açıqlama verdi:

"Məlum məsələdir ki, ölkəmizdə hər sahədə olduğu kimi film istehsalatında da inkişaf mərhələsidir. Möhtərəm prezidentimiz film və serialların çəkilməsi üçün yetərincə maliyyə dəstəyi ayırsa da, gəlin görək kanallar bu pulları nə dərəcədə professional olan rejissor və productionlara verir? Bu işlərlə məşğul olan adamlar sadəcə olaraq ortada olan pulu bir yolla mənimsəmək məqsədilə qeyri-peşəkar serialların çəkilməsinə göz yumur. Hətta qəsdən şərait yaradır. Amma bu gün daha savadlı və dinamik düşündürücü kadrlarla zəngin olan rejissorlarımız var ki, kanalların qapısında yatırlar. Amma nə fayda? Bəlkə film tariximizi pula satmayaq? Axı cənab prezidentimiz bu xalqın film və seriallarını inkişaf etdirib, dünya arenasına çıxmağımız üçün dəstək olur. Bəs siz neyləyirsiniz?

Serial rejissorlarının 99%-i çobandır! Kamerada REC-lə STOP-u bir-birindən ayıra bilmir. Bunun günahı o dediyim bəzilərindədir. Geydirmə rejissorlarda yox!" - deyə narazıçılığını bildirən A.Məmmədəliyev kanallardakı özbaşınalıqdan, "geydirmə" rejissorların professionallara maneə törətməsindən danışdı.

Hazırladı: Könül Aypara