AYB-nin qurultayının vaxtı və yeri dəqiqləşdi

AYB-nin qurultayının vaxtı və yeri dəqiqləşdi

21 Aprel 2014 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycan Yazıçılar Birliyində Katibliyin növbəti toplantısı keçirilib. AYB-nin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda Yazıçılar Birliyinin qurultayının və yubiley tədbirinin keçiriləcəyi gün, iştirak edəcək ölkələr və dəvət olunacaq xarici qonaqların siyahısı müzakirə olunub.

Qərara alınıb ki, qurultay iyun ayının 17-də, Yazıçılar Birliyinin 80 illik yubiley tədbiri isə iyun ayının 18-də keçirilsin.
Qeyd edək ki, yubileyə 20-dən atıq ölkədən qonaqlar dəvət eiləcək.
Beləliklə Azərbaycan Yazıçılar Birliyinin qurultayı iyun ayının 17-də Gənc Tamaşaçılar Teatrında, 80 illik yubiley tədbiri isə iyun ayının 18-də Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.

Mediainfo.az