Ankarada “Rəsulzadə - 130 il” mitinqi olacaq

Ankarada “Rəsulzadə - 130 il” mitinqi olacaq

15 Aprel 2014 16:25
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 28-də Türkiyə paytaxtı Ankarada yürüş-mitinqi təşkil ediləcək. Həm Respublika günü, həm də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqədar Ankarada mitinq keçiriləcək. "Gənclər Klubu" İctimai Birliyi tərəfindən təşkil olunan tədbir "28 May Cümhuriyyət Yürüşü" adlı fərqli və orijinal layihəsini təqdim edir. Mayın 26-da Bakıdan Ankaraya böyük nümayəndə heyəti yola düşəcək.

Bu heyətin tərkibinə fəal gənclər, ziyalılar, müsavatçılar və mətbuat nümayəndələri daxildir. Eləcə də Türkiyədən azərbaycanlı tələbələr və ziyalılar yürüşə qoşulacaq. Ankarada müxtəlif universitetlərdə təhsil alan tələbələr, o cümlədən Rəsulzadə irsinin araşdırıcısı Cəmil Ünal da yürüş-mitinqdə iştirak edəcək.

Mayın 28-də Rəsulzadənin məzarına yürüş olacaq.

"Gənclər Klubu" İB bəyan edir ki, hər kəs mitinqə qoşula bilər: "Hər kəs yol və qalma xərclərini özü ödəməlidir. Bakıdan qonaqlar Ankaraya bir neçə avtobusla gedəcəklər. Tədbirdə iştirak etmək üçün müraciətlərin son tarixi mayın 17-dir. Əlavə məlumat üçün: 055 848 14 34, 050 684 80 84, 055 875 58 27".