Çaplinin iştirakı olan film hərraca çıxarılacaq

Çaplinin iştirakı olan film hərraca çıxarılacaq

1 İyun 2011 14:52
Bəyəndim (0) Bəyənmədim (0)


Çarli Çaplinin iştirakı ilə çəkilən və "eBay"da 3,20 milyon funt sterlinqə alınan "Hava şarı vurğunu" filmi Londonda yenidən hərraca çıxarılıb. "Bonhams" auksion evi filmdən altıqat gəlir əldə etmək niyyətindədir. 7 dəqiqəlik filmdə söhbət Çaplinin alman "Zeppelin" hava şarını vurmasından gedir.

Kino ekspertlərinin fikrincə, film 1916-cı ildə çəkilib. Məqsəd Britaniya ordusunda döyüş ruhunun qaldırılması olub. Çox güman ki, film Misirdə yerləşən Britaniya əsgərlərinə göndərilməli imiş. Müəyyən mənbələr düşünürlər ki, hava şarı ilə bağlı kadrlar tam realdır və bura sonralar Çaplinin iştirakı ilə çəkilmiş kadrlar əlavə edilib. Kolleksiyaçı Mores Park film çarxını 2009-cu ildə alıb. Onu tənəkə qutusunun içində yerləşən plyonka cəlb edib. Satılacaq filmin hərracı iyunun 29-da keçiriləcək.

Ölüdən də pul qazanırlar.

Könül Aypara

O.M.