Nuriyyə Əhmədova yeməyini yeyə bilmir...

Nuriyyə Əhmədova yeməyini yeyə bilmir...

7 Aprel 2014 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Nuriyyə Əhmədovanın vəziyyətində yaxşılığa doğru dəyişiklik nəzərə çarpmır. Belə ki, ötən günlərdə reanimasiya şöbəsindən travmotologiya-ortopediya şöbəsinə köçürülən aktrisaya bu gün gipsi əvəz edən karset geyindiriləcək.
Nuriyyə xanımın vəziyyətində irəliləyiş yoxdur hələ ki. O, hətta yeməyini belə normal yeyə bilmir. Bu hal dərman qəbul etməyə vərdiş etməyən aktrisanın vəziyyətini daha da ağırlaşdırır. Ağrılar üzündən aktrisanın təzyiqi tez-tez yüksəlir. Həkimlər ona çox danışmağa icazə verməsələr də, aktrisa bu qadağaya məhəl qoymur. Nüriyyə xanım söhbət edərkən ağrılarını daha az hiss etdiyini deyir.
Xatırladaq ki, xalq artisti N.Əhmədova ötən gün 11 saylı marşrut üzrə hərəkət edən avtobusda gedərkən sürücü qəfildən əyləcə basıb. Aktrisa müvazinətini itirib və yıxılıb. Nəticədə onurğa sümüyü ciddi zədə alıb. N.Əhmədova dərhal 3 saylı Sabunçu rayon xəstəxanasının reanimasiya şöbəsinə, daha sonra isə palataya yerləşdirilib.

Mediainfo.az