Qəbələ: “Azərbaycanın Əfsanələr Paytaxtı”

Qəbələ: “Azərbaycanın Əfsanələr Paytaxtı”

3 Mart 2014 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı" və Abşeron "Azərbaycanın Sənətkarlıq Paytaxtı" seçilib.

Martın 4-də Muzey Mərkəzində bu il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının Təqdimat mərasimi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Balakən "Azərbaycanın Folklor Paytaxtı" və Abşeron "Azərbaycanın Sənətkarlıq Paytaxtı" olub.

Dünyanın qabaqcıl ölkələrinin mədəniyyət siyasəti sahəsindəki təcrübələri nəzərə alınmaqla, adıçəkilən nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin (diyarşünaslıq, folklor, sənətkarlıq) qorunması və dəstəklənməsi istiqamətində aparılan islahatlara start verilib. Belə ki, sahənin təminat mexanizmlərinin monitorinqi aparılıb, Azərbaycanın qeyri-maddi mədəni irsinin bərpası, qorunması və hərtərəfli inkişafı ilə bağlı "Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair" Dövlət Proqramının layihəsi hazırlanaraq baxılmaq üçün müvafiq qurumlara təqdim olunub.