Ramiz Əzizbəylinin səhhəti və müalicəsi diqqətdə saxlanılır

Ramiz Əzizbəylinin səhhəti və müalicəsi diqqətdə saxlanılır

25 Fevral 2014 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

"Xalq artisti Ramiz Əzizbəylinin səhhəti, onun müalicəsi Mədəniyyət və Turizm Nazirliyinin daim diqqətindədir".Bunu apa -ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib. O, fevralın 24-də C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovun R. Əzizbəylinin özü və həkimi ilə görüşdüyünü söyləyib: "Müşfiq Hətəmov və nazirliyin məsul əməkdaşı nazir Əbülfəs Qarayevin tapşırığı ilə bu gün də xalq artistinin vəziyyəti ilə maraqlanmaq üçün ona baş çəkəcəklər. Dövlət Ramiz Əzizbəyliyə həmişə diqqət və qayğı göstərib. Bu gün həkimlərlə bir daha danışılacaq, nə kömək lazımdırsa, ediləcək".

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib.