Ramiz Əzizbəyli yaxın günlərdə palataya köçürüləcək

Ramiz Əzizbəyli yaxın günlərdə palataya köçürüləcək

24 Fevral 2014 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

"Rejissor Elxan Qasımovla xalq artisti Ramiz Əzizbəyliyə baş çəkdik, səhhəti ilə maraqlandıq.

Ramiz müəllim hazırda Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alır. Fevralın 21-dən klinikanın reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib, həkimlərin dediyinə görə bu həftə ərzində palataya köçürüləcək".

Bunu Apa -ya açıqlamasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

R. Əzizbəylinin həkimi, uzman-nevroloq Nərgiz Ağayevanın verdiyi məlumata görə, xalq artisti beyin insultu diaqnozu ilə klinikaya yerləşdirilib: "Xəstə altı ay öncə də eyni diaqnozla müalicə edilib. Hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Sağ tərəfində ağır gücsüzlük var, hazırda müalicə ilə bunun qarşısını almağa çalışırıq".