
Qəzaya düşən xalq artisti reanimasiyaya yerləşdirilib
Ramiz Əzizbəyli başından zərbə alıb
Xalq artisti Ramiz Əzizbəyli Tibb Universitetinin Tədris-terapiya şöbəsinin reanimasiyasına yerləşdirilib.Bu haqda məlumatı aktyorun qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli verib. O bildirdi ki: "Hadisə Ramiz Əzizbəylinin fevralın 9-da Heydər Əliyev Sarayında keçirilən yubiley gecəsindən sonra baş verib. O, tədbirdən evə qayıdanda qəzaya düşərək başından zədə alıb".
Xatırladaq ki, sənətkar maddi çatışmazlıq səbəbindən xəstəxanaya yerləşdirilməmiş, ev şəraitində müalicə alırdı.
Digər xəbərlər