Firəngiz Şərifova ilə vida mərasimi keçirilir

Firəngiz Şərifova ilə vida mərasimi keçirilir

20 Fevral 2014 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Teatr Xadimləri İttifaqının Aktyorlar Evində xalq artisti Firəngiz Şərifova ilə vida mərasimi keçirilir. Vida mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, İctimai Televiziyanın baş direktoru, rejissor Cəmil Quliyev, xalq artistləri Hacı İsmayılov, Tariyel Qasımov, Ağaxan Salmanov, Yasin Qarayev, ailə üzvləri və başqaları iştirak edir.
Qeyd edək ki, F. Şərifova bu gün dünyasını dəyişib. Mərhum II Fəxri Xiyabanda dəfn ediləcək.