
Fidan Hacıyeva Heydər Əliyev Sarayında solo-konsert verəcək
Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva aprelin 19-da Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edəcək.
F.Hacıyevanın apa -ya verdiyi məlumata görə, konsertdə onu Opera və Balet Teatrının 150 nəfərdən ibarət Simfonik Orkestri onu müşayiət edəcək: "Bu konsert operanın sintezi və pop-caz qrupunun birləşməsi olacaq. Bu, opera üslubunda ilk belə sintezdir. Konsertin birinci hissəsində tamaşaçılara tanış əsərlər səslənəcək, ikinci hissədə isə sırf romanslar olacaq".
Konsertin baş dirijoru Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Cavanşir Cəfərovdur.
Konsertin biletlərini 15-80 manata şəhərin bütün mərkəzi kassalarından əldə etmək mümkündür.
Digər xəbərlər