Fazil Mustafanın yeni kitabı işıq üzü görüb

Fazil Mustafanın yeni kitabı işıq üzü görüb

13 Fevral 2014 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafanın yeni kitabı çapdan çıxıb.

"Zamanı tələsdirənlər" adlı kitab "Nurlar" nəşriyyat-poliqrafiya mərkəzində işıq üzü görüb. Kitabda Fazil Mustafanın 2013-cü ilin sonlarında dövri mə¬t¬bu¬at¬da və sosial şəbəkələrdə dərc olunmuş məqalələri yer alıb. Müəllifin siyasi, dini, fəlsəfi düşüncələri, günün aktual problemlərinə baxışı, ayrı-ayrı opponentlərin iradlarına cavab yazıları oxucular üçün maraqlı olacaq.

Nuru Paşa və onun komandanlıq etdiyi Qafqaz İslam Ordusunun imanlı əsgərlərinin ruhuna ithaf olunan kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.