Milli Televiziya və Radio Şurasından "İTV" və "Space"ə xəbərdarlıq

Milli Televiziya və Radio Şurasından "İTV" və "Space"ə xəbərdarlıq

10 Fevral 2014 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, İclasda "İctimai Televiziya və Radio Yayımları Şirkəti" və "Space Müstəqil Tele-radio Şirkəti" tərəfindən "Televiziya və radio yayımı haqqında" qanununun tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.

MTRŞ-nın qərarına əsasən, "Televiziya və radio yayımı haqqında" qanununun 35.2, 35.7, 35.8-ci maddələrinin tələblərini pozduğuna görə "İctimai Televiziya və Radio Yayımları Şirkətinə, "Televiziya və radio yayımı haqqında" qanunun 35.7-ci maddəsinin tələblərini pozduğuna görə isə "Space Müstəqil Tele-radio Şirkəti"nə xəbərdarlıq elan edilib.