VİDEO: Geyiminə görə "İTV"dən qovulan aparıcı

VİDEO: Geyiminə görə "İTV"dən qovulan aparıcı

10 Fevral 2014 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı Leyla Aslanova televiziyadan uzaqlaşdırılıb.Buna səbəb kimi onun efirə açıq-saçıq geyimlə çıxması və buna görə də sosial şəbəkələrdə ciddi şəkildə tənqid edilməsi olub.Bu barədə məlumatı İTV-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev verib:"Bir neçə gündür sosial şəbəkələrdə və müxtəlif informasiya saytlarında İctimai Televiziyada yayımlanan "Siluet" verilişinin aparıcısı, həkim-kosmetoloq Leyla Aslanovanın efirə çıxdığı geyim forması ilə bağlı müzakirələr gedir. Əslində isə keçmiş rəhbərliyin zamanından İTV-də aparıcılq edən Leyla xanımla verilişdən sonra yollar ayrılıb və o artıq İTV-nin əməkdaşı deyil".